WSJ: “Ukrayna münaqişəsi təhlükəli dövrə qədəm qoyur” - VIDEO

      WSJ:    “Ukrayna münaqişəsi təhlükəli dövrə qədəm qoyur”    - VIDEO
  03 İyun 2025    Oxunub:1297
Ukrayna Silahlı qüvvələrinin (USQ) Rusiya ərazisinə son hücumları göstərir ki, Ukraynada münaqişə təhlükəli mərhələyə qədəm qoyur.
AzVision.az xəbər verir ki, İstanbul danışıqlarının Ukrayna PUA-larının Rusiya aerodromlarına hücumunun səhəri günü baş tutduğuna diqqət çəkən “WSJ” nəşri ABŞ-nin iştirakı ilə nizamlanma perspektivlərinin getdikcə zəifləməsi fonunda hər iki tərəfin gərginliyə meylli olduğunu vurğulayır.

“Görüş cəmi bir saat davam etdi, nəticədə məhbus mübadiləsindən başqa bir şey olmadı. Səngimək əvəzinə, Trampın minimal müqaviməti fonunda, 40 aylıq müharibə daha da qzışır”, - materialda deyilir.

Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində atəşkəs təklif edib
Jurnalistlər indiki şəraitdə ABŞ prezidenti Donald Trampın hansı mövqe tutacağının bəlli olmadığını yazırlar. Lakin, onların fikrincə, Rusiya lideri Vladimir Putin Ağ Ev rəhbərinin Ukraynanın tərəfini tutmaqdansa, danışıqlar prosesindən geri çəkiləcəyini gözləyir.

Xatırladaq ki, dünən İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib. Cəmi bir saatdan çox davam edən görüşdə tərəflər bir-birinin təklif etdiyi atəşkəs memorandumunu müzakirə edib və əsirlərin mübadiləsi barədə razılığa gəliblər.

Bununla belə, Kiyevin “quruda, səmada və dənizdə qeyd-şərtsiz davamlı atəşkəs” təklifinə razılaşmayan Moskva cəsədlərin çıxarılması üçün cəbhənin bəzi hissələrində 2-3 günlük atəşkəs təklifini irəli sürüb. Lakin, öz növbəsində, Ukrayna da bu təklifi qəbul etməyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   müharibə  



Xəbər lenti