Azərbaycan diasporunun rəhbəri rektor seçilib

Azərbaycan diasporunun rəhbəri rektor seçilib
  17 May 2025    Oxunub:332
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə Türkiyə Azərbaycan Dərnəyinin başqanı, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürəl İğdır Universitetinin rektoru olub.
AzVision.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir ki, İğdır əsilli Əkrəm Gürəl 1969-cu il iyunun 16-da anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib.

1992-1995-ci illərdə "Türkiyə Şəkər Fabrikaları A.Ş."nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adıçəkilən fakültənin dekanı idi. İngilis və fransız dillərini bilən Əkrəm Gürəl evlidir, bir oğlu var.

AzVision.az


Teqlər: diaspor   rektor  





Xəbər lenti