Dünyanın ilk süni intellekt xəstəxanası açıldı

Dünyanın ilk süni intellekt xəstəxanası açıldı
  16 May 2025    Oxunub:359
Səhiyyədə süni intellekt inqilabı rəsmi olaraq başlayıb. Çində yerləşən "Synyi AI" texnologiya startapı Səudiyyə Ərəbistanında dünyanın ilk süni intellekt həkim klinikasını istifadəyə verib.
AzVision.az xəbər verir ki, testlərdə xəstəlik diaqnozunda səhv cəmi 0,3 faiz təşkil edib.

Süni intellekt xəstələrə suallar verir, üz və bədən məlumatlarını tanıyır, rentgen şüaları və EKQ kimi tibbi məlumatları təhlil edir. Sonra o, xəstəliyin diaqnozunu qoyur və tövsiyə olunan müalicə kursunu planlaşdırır. Resept də sistem tərəfindən hazırlanır, lakin qanuni prosedura görə, son imza yenə də insan həkiminə məxsus olmalıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti