Sarkozi ev dustaqlığından azad edilib

Sarkozi ev dustaqlığından azad edilib
  15 May 2025    Oxunub:304
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi “istintaqa təsir və təzyiq işi” üzrə məhkum olunduğu ev dustaqlığından vaxtından əvvəl azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hökm yalnız 2024-cü ilin dekabrında Kassasiya Məhkəməsinin qərarından sonra qüvvəyə minib.

Qeyd edək ki, 2021-ci ildə Paris məhkəməsi 70 yaşlı - Nikolya Sarkozini korrupsiyada və nüfuz alverində təqsirli bilmişdi. İstintaqın versiyasına görə, 2014-cü ildə Sarkozi vəkili Tyerri Erzok vasitəsilə Kassasiya Məhkəməsinin sabiq baş prokuroru Jilber Aziberdən məxfi xidmət məlumatları almağa çalışıb. 2023-cü ilin mayında Paris Apellyasiya Məhkəməsi 2021-ci ildə çıxarılmış hökmü qüvvədə saxlayaraq Sarkozini bir il azadlıqdan məhrum edib, əlavə olaraq iki il şərti cəza təyin etmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti