Vaşinqton Qətərə nəhəng məbləğdə silah satacaq

      Vaşinqton Qətərə nəhəng məbləğdə silah satacaq
  15 May 2025    Oxunub:297
ABŞ prezidenti Donald Tramp Qətərin Vaşinqtondan 42 milyard dollar dəyərində silah alacağını, həmçinin ABŞ-nin Əl-Udeyd aviabazasının təkmilləşdirilməsinə 10 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
AzVision.az bildirir ki, Əl-Udeyd Hərbi Hava bazasında amerikalı hərbçilər qarşısında cıxışı zamanı Donald Tramp belə açıqlama vetrib.

“Biz Qətərlə “THAAD” raketdən müdafiə sistemi (RMS), “Pegasus” tanker təyyarələri, “Desert Vipers” döyüş maşınları, “MQ-9B” və “Sky Guardian” pilotsuz təyyarələri də daxil olmaqla 42 milyard dollar dəyərində ən yaxşı Amerika hərbi texnikasının alınmasına dair müqavilə imzaladıq”, - ABŞ prezidenti vurğulayıb.

Razılaşmaya təkcə müasir silahların tədarükü deyil, həm də Vaşinqtonla Doha arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi daxildir. Bu anlaşmalar Trampın mayın 13-də başlayan Yaxın Şərq turu çərşivəsində əldə olunub.

Qətər Trampa təyyarə hədiyyə etməyəcək
Xatırladaq ki, bundan əvvəl “ABC News” telekanalı mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ administrasiyası “uçan saray” adlanan və dəyəri təxminən 400 milyon dollar olan təyyarəni Qətərdən qəbul etməyə hazırlaşır. Trampın vəzifədən gedənə qədər hədiyyəni öz təyyarəsi kimi istifadə edə biləcəyi, bundan sonra isə onun prezident kitabxanasının fonduna təhvil veriləcəyi iddia olunurdu.

Qətərin baş naziri isə, Dohanın ABŞ prezidentinə “Boeing 747-8” təyyarəsini “hədiyyə etməyi” planlaşdırmadığını, sadəcə rəsmi səviyyədə təyyarənin Amerikaya verilməsini müzakirə etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qətər   silah  





Xəbər lenti