Hakan Fidan: “İmkanlar pəncərəsi yaranıb”

      Hakan Fidan:    “İmkanlar pəncərəsi yaranıb”
  15 May 2025    Oxunub:457
Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması məsələsində “imkan pəncərəsi” açılıb və NATO ölkələri nizamlanma prosesinə mümkün dəstəyi müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri rəhbəri Hakan Fidan NATO Xarici İşlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısının qapalı hissəsi başlamazdan əvvəl belə deyib.

“Təbii ki, Ukraynadakı müharibəni ədalətli və davamlı əsaslarla bitirmək səylərimiz bugünkü müzakirələrimizin mühüm tərkib hissəsi olacaq. Hamınız bilirsiniz ki, Türkiyə bu problemin diplomatik yolla həllinin vacibliyini hər zaman vurğulamışdır. Üç illik dözülməz əzabdan sonra nəhayət bir fürsət pəncərəsi açıldı. Ümid edək ki, İstanbuldakı danışıqlar yeni səhifə açacaq”, - Hakan Fidan vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, bugünkü görüş fərdi və kollektiv şəkildə bu prosesi necə dəstəkləyə bilmək imkanlarını müzakirə etmək üçün mühüm fürsət olacaq.

Antalyadakı görüşdə çıxış edən NATO-nun baş katibi Mark Rütte, öz növbəsində, alyansın gücləndirilməsinə və “daha öldürücü” olmasına çağırıb.


- NATO o qədər güclü olmalıdır ki, heç kim ona hücum etməyə cəsarət göstərməsin. Alyans əsas diqqəti Avropa iqtisadiyyatının militarizasiyasına, müdafiə xərclərinin artırılmasına və hərbi texnika istehsalının artırılmasına yönəltməlidir”, - Mark Rütte iddia edib.

O, vurğulayıb ki, üzv ölkələr müdafiə xərclərinin ədalətli bölüşdürülməsini təmin etməli, həmçinin onun artırılması yolları barədə müzakirə aparmalıdırlar.

Xatırladaq ki, NATO-nun inunun 24-26-da Haaqada keçiriləcək sammitində 2030-cu və ya 2032-ci ilə qədər müdafiə xərcləri üçün UDM-dəki payın 2%-dən 5%-ə yüksəldilməsi müzakirə ediləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Hidan   Rütte  





Xəbər lenti