Miçiqandan olan konqresmen Şri Tanedar aprelin sonunda ABŞ-nin Nümayəndələr Palatasına Donald Trampa qarşı impiçment məqalələri təqdim edib. Lakin o, demokrat həmkarları ilə məsləhətləşdikdən sonra öz qətnaməsini səsverməyə çıxarmamaq qərarına gəlib.
“Bir çox həmkarlarımla danışdıqdan sonra impiçment səsverməsinə məcbur etməməyə qərar verdim. Bunun əvəzinə impiçment müddəalarımı dolğunlaşdıracağam. Həm demokratları, həm də respublikaçıları mənimlə birlikdə Konstitusiyanı qorumağa cəlb etməyə davam edəcəyəm”, - demokrat konqresmen bildirib.
“Politico” xəbər verir ki, demokratlar, partiyanın “Medicaid” və respublikaçıların digər sosial proqramlara potensial ixtisarlar barədə təkliflərinə diqqəti cəlb etməyə çalışdığı bir vaxtda Tanedarın impiçmentdə israrlı olmasından narazıdırlar.
- İmpiçmentin təxirə salınmasının əsas səbəbi Respublikaçılar partiyasının irəli sürdüyü vergi endirimlərinin müzakirəsinə diqqəti yönəltmək istəyi olub. Bir sıra qanunvericilər bu məsələnin prioritet olduğunu vurğulayıblar”, - nəşr yazır.
![]() |
Trampın komandasında narahatlıq |
Tramp, həmçinin aqressiv tarif siyasətlərində ittiham olunur və konqresmenin fikrincə, bu siyasət beynəlxalq iqtisadiyyata zərər vurub. Tanedarın gikrincə, prezidentin hərəkətləri jurnalistlərə təzyiq göstərir və ABŞ Konstitusiyasına Birinci Düzəlişlə təmin edilən söz azadlığını pozur.
Konqresmen hətta rüşvətxorluq və prezidentin məhkəmə sisteminin işinə müdaxilə hallarının mövcud olduğunu iddia edib. Bundan əlavə, Ağ Ev rəhbəri vətəndaşların şəxsi məlumatlarını qanunsuz toplamaqda və onların hüquqlarını məhdudlaşdırmağa cəhddə ittiham olunur. Amerika liderinin opponentlərinin fikrincə, Trampın prezident səlahiyyətləri çox vaxt Konstitusiyanı aşaraq demokratiya üçün təhlükə yaradır.
Sahil İsgəndərov
AzVision.az