Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO

“Manipulyasiyanı dayandırın. Hökumət başçısı, Müdafiə naziri və mən ardıcıl olaraq təkrar edirəm: Varşava Ukraynaya Polşa əsgərlərini göndərməyəcək”, - Sikorski “X” sosial şəbəkəsində yazıb.
Polşa televiziyasının “Onet Rano” səhər proqramına müsahibəsində o, əgər bu, olsa belə, iştirakın havadan dəstək, Varşavanı qorumaq, habelə Rusiya və Belarusla 600 kilometrdən çox sərhədi möhkəmləndirməklə məhdudlaşacağını açıqlayıb.
- Kelloq bu əməliyyatda Polşanın rolunu şişirdib”, - siyasətçi vurğulayıb.
Xatırladaq ki, Kit Kelloqun bir gün əvvəl verdiyi bəyanatda Ukraynaya xarici qüvvələrin mümkün yerləşdirilməsinə toxunulur. Amerikalı siyasətçi bu kontingenti Böyük Britaniya, Fransa, Almaniya və Polşanın da daxil olacağı “dayanıqlıq qüvvələri” adlandırıb. Onun sözlərinə görə, belə qüvvələr Dneprdən qərbə doğru, münaqişə zonasından kənarda yerləşdirilə bilər.
Sahil İsgəndərov
AzVision.az