Barro Rusiyanı hədələyib

   Barro Rusiyanı hədələyib
  12 May 2025    Oxunub:429
Fransanın Xarici İşlər naziri Jan-Noel Barro Moskvanın Ukrayna ilə sülh danışıqlarına getməyəcəyi təqdirdə Rusiyaya genişmiqyaslı sanksiyalar barədə xəbərdarlıq edib.
AzVision.az Böyük Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Barro Fransanın mövqeyinin dəyişmədiyini vurğulayıb: Paris sülh və diplomatik danışıqların tərəfdarıdır.

“Dialoqun başlaması üçün havada, dənizdə və quruda 30 gün ərzində qeyd-şərtsiz atəşkəs təmin edilməlidir. Prezident Zelenski dəfələrlə danışıqlara hazır olduğunu, diplomatiya və sülh istəyini nümayiş etdirib. Putinin yeganə cavabı isə yeni bombardmanlar olaraq qalır”, - Fransa XİN-in rəhbəri deyib.

The Guardian: “Zelenski təşəbbüsü Putinin əlindən alıb”
Avropa liderlərinin Kiyevə səfərindən sonra bu gün Londonda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Avropa İttifaqı (Aİ) Xarici İşlər nazirlərinin görüşü keçirilib. Görüşdə Ukraynanın perspektivləri və Avropanın təhlükəsizlik məsələləri müzakirə olunub.

Xatırladaq ki, mayın 11-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Kiyevə mümkün qədər tez bir zamanda birbaşa danışıqlara başlamağı təklif edib və hətta onların tarixini və yerini də deyib - mayın 15-də İstanbulda.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Barro   Rusiya   hədə  





Xəbər lenti