Mayın 21-də TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçiriləcək

O qeyd edib ki, bu zirvə də daxil olmaqla qarşıdakı görüşlər ortaq gələcəyi formalaşdırmaq və yeni təşəbbüslərə start vermək baxımından həlledici rol oynayacaq:
“Macarıstanın bu proseslərdə fəal iştirakı eyni zamanda məsuliyyətli imkan kimi dəyərləndirilmişdir. Səylərimizi TDT-nin strategiyaları ilə uyğunlaşdıraraq bölgələr arasında azad ticarət və investisiyanı təşviq edə, innovasiya və rəqəmsal tərəfdaşlıqları inkişaf etdirə, daha yaxşı gələcək üçün dayanıqlı yaşıl siyasətləri irəli apara, mədəni və mənəvi bağlarımızı möhkəmləndirə bilərik.
TDT sadəcə bir ittifaq deyil. Bu, tarix, dil və ortaq dəyərlərlə birləşən xalqlar ailəsidir. Birliyimiz müxtəlifliyimizi aradan qaldırmır, əksinə, onu ortaq tərəqqi naminə dəyərləndirir. Macarıstan bu ortaq yolun bir hissəsi olmaqdan qürur duyur”.
AzVision.az
Teqlər: