Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

 Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
  02 May 2025    Oxunub:674
Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda razılığa gəlməzsə, Rusiyaya qarşı yeni sanksiyalar paketi nəzərdə tutulub.
Fransanın xarici işlər naziri Jan-Noel Baron AFP- yə belə deyib. Onun sözlərinə görə Avropanın Rusiya əleyhinə sanksiyaları ABŞ-ın tətbiq edəcəyi sanksiyalarla eynilik təşkil edəcək.

Qeyd edək ki, mayın 1-də respublikaçı senator Lindsi Qrem (Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib-red.) Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalara dair layihə hazırlayıb. Buna əsasən, Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrə 500 faizlik idxal rüsumunun tətbiqi təklif edilir.

Qrem: ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır
“Biz, avropalılar, Amerikanın bu təşəbbüsünü 17-ci sanksiyalar paketi ilə "təkrar" edəcəyik və dünən mən öhdəlik götürdüm ki, bu iki paketi əlaqələndirməyə çalışacağıq”, - Jan-Noel Barrot AFP-yə bildirib.

Fevralda ABŞ prezidenti Rusiyaya qarşı bütün sanksiyaları daha bir il uzadıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin həllinə mane olmamaq üçün Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmir.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:   Avropa   Rusiya  





Xəbər lenti