Onun sözlərinə görə, Romadakı Müqəddəs Pyotr Bazilikasında Makron üçün də üçüncü stul hazırlanıbmış. Lakin Amerika lideri onu sözün həqiqi mənasında “qovmalı olub”.
![]() |
Tramp Makronu qovub? | VİDEO |
“The Telegraph” qəzeti də bu mövzuya toxunub. Nəşr yazıb ki, Tramp əslində Zelenski ilə söhbətdən əvvəl danışıqlarda iştirak etmək istəyən Makronu qovmayıb.
Xatırladaq ki, Tramp ilə Zelenskinin Vatikandakı üzbəüz görüşündən çəkilən foto bütün dünyada böyük maraqla qarşılanmışdı. Görüşdən qabaq çəkilən videoda isə Trampla Zelenski görüşəndə əvvəlcə zalın ortasında 3 stul olub. Stullara sarı gedəndə Fransa prezidenti Emmanuel Makron onlara yaxınlaşaraq, Zelenski ilə görüşür və nəsə deyir, Tramp da ona cavab verir.
Tural Tağıyev
AzVision.az