Səfir: "Qəzza nəhəng məzarlığa çevrilib"

      Səfir:    "Qəzza nəhəng məzarlığa çevrilib"
  28 Aprel 2025    Oxunub:388
"İsrail ilə Fələstinin HƏMAS qruplaşmasının müharibəsi nəticəsində Qəzza zolağı kütləvi məzarlığa dönüb".
Bu sözləri Fələstinin Niderlanddakı səfiri Əmmar Hicazi Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələrdə çıxışı zamanı dilə gətirib. O diqqətə çatdırıb ki, Qəzzada həyat əlaməti qalmayıb.

"İsrail beynəlxalq hüququn əsas prinsiplərini, o cümlədən Birləşmiş Millətlər Təşkilatının nizamnaməsindən irəli gələn öhdəlikləri heçə sayır. 40 mindən çox fələstinli məcburi köçkün vəziyyətinə düşüb", - səfir bildirib.
"Qəzzada bir milyondan çox uşaq aclıq çəkir"

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmayıb, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırıb. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla İsraili Qəzza zolağına humanitar yardımın keçidinə yenidən icazə verməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   BƏM   müharibə   böhran  





Xəbər lenti