İran Prezidenti fəlakət zonasına baş çəkib

İran Prezidenti fəlakət zonasına baş çəkib
  27 Aprel 2025    Oxunub:477
İran Prezidenti Məsud Pezeşkian Iranın Hörmüzqan vilayətinə səfər edib.
"Mehr" agentliyinin məlumatlna görə, dövlət başçısı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanına gedərək partlayışdan sonra aparılan xilasetmə işləri ilə yerində tanış olub.

Prezident insidentlə bağlı araşdırma aparılması barədə tapşırıq verib və daxili işlər naziri İskəndər Mömini təbii fəlakət yerinə göndərib.

Qeyd edək ki, son məlumata əsasən, aprelin 26-da yerli vaxtla saat 12:30-da baş verən partlayış nəticəsində 28 nəfər həyatını itirib, 1140 nəfər yaralanıb.

İranın Böhran İdarəetmə Təşkilatı limanda partlayışdan sonra başlayan yanğınların 80 faizinin söndürüldüyünü, qalan 20 faizinin isə bazar günü gecəyə qədər nəzarət altına alınacağını bildirir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti