Pakistan Hindistanla münaqişədə Britaniyanı günahlandırır

Pakistan Hindistanla münaqişədə Britaniyanı günahlandırır
  27 Aprel 2025    Oxunub:583
"Pakistan və Hindistan arasındakı münaqişə Britaniya koloniyalarının "əməyinin" günümüzdəki təzahürüdür", - Pakistanın müdafiə naziri Havaca Asif RT International telekanalına bildirib.
Müdafiə naziri, deyib ki, "iki ölkənin bölünmə prosesi son dərəcə qanlı olub, İngiltərə hər yeri xaraba qoyub, lakin heç vaxt bunun məsuliyyətini öz üzərinə götürməyib".

"Biz beş-altı dəfə Kəşmirə görə döyüşmüşük. Britaniya buna aydınlıq gətirməlidir", - nazir qeyd edib.

Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də baş verən terror aktından sonra başlayıb. Cammu və Kəşmirdə baş verən atışmada azı 27 turist həlak olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti