Donald Tramp Yaxın Şərqə səfər edəcək

O, mayın 13-dən 16-dək Prezident Trampın Yaxın Şərqdəki üç ölkəyə səfər edəcəyini açıqlayıb.
Mart ayında Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında, Tramp və Putin arasında Səudiyyə Ərəbistanında görüşün baş tutma ehtimalını istisna etməyib, lakin təkbətək sammitin yeri ilə bağlı dəqiq məlumatın olmadığını qeyd etmişdi.
Bundan başqa, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff, Bloomberg-ə müsahibəsində, Rusiya-Amerika sammitinin Səudiyyə Ərəbistanında keçirilə biləcəyini təklif edib və bu görüşün baş tutma ehtimalını yüksək qiymətləndirib.
AzVision.az
Teqlər: