Zelenski: "Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir"

“Danışmağa heç bir mövzu yoxdur. Bu, bizim Konstitusiyamızın hüdudlarından kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, – deyə o, vurğulayıb.
Zelenski əlavə edib ki, Krım və digər suveren ərazilər haqqında danışmağa başlayan kimi, danışıqlar Rusiyanın istədiyi formata daxil olur.
“12 ildir müharibə aparırıq – bu artıq bir cavabdır: ümumiyyətlə Rusiya ilə razılaşmaq mümkündürmü? Bu ritorik sualdır. Rusiya ilə tez razılaşmaq mümkündürmü? Xeyr. Təzyiq olmadan – bu qeyri-mümkündür”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, başqa ABŞ olmaqla bütün dünya tərəfindən Rusiyaya təzyiq olmalıdır.
AzVision.az
Teqlər: