Vaşinqton 3521%-lik (!) rüsum tətbiq etdi

   Vaşinqton 3521%-lik (!) rüsum tətbiq etdi
  22 Aprel 2025    Oxunub:272
ABŞ-nin Ticarət nazirliyi Kamboca, Vyetnam, Malayziya və Tailandda istehsal olunan günəş panellərinə yüksək tariflər müəyyənləşdirib.
AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, tariflər, dörd ölkədəki fabriklərlə Çinin iri günəş panelləri istehsalçılarının iştirak etdiyi ticarət mübahisəsinin kulminasiya nöqtəsidir.

“Koreyanın “Hanwha Qcells” günəş panelləri və ABŞ-də yerləşən “First Solar Inc.” Şirkətləri Çin istehsalçılarını dövlət subsidiyalarından ədalətsiz istifadədə və ixracı dempinq qiymətləri ilə ABŞ-yə satmaqda ittiham etdikdən sonra bir il davam edən təhqiqat ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən başladılıb”, - agentlik vurğulayır.

Tətbiq edilən tariflər konkret ölkə və şirkətdən asılı olaraq çox geniş diapazonda dəyişir. İstintaqda iştirakdan imtina edən Kambocadan gələn mallara maksimum 3521% rüsum tətbiq olunub. Adı açıqlanmayan Vyetnam şirkətləri üçün rüsumlar 395,9%, Tailanddan - 375,2%, Malayziyadan - 34,4% səviyyəsində müəyyən edilib.

Çinin “Jinko Solar” şirkəti üçün Vyetnamdan ixraca 245%, Malayziyaya isə 40% rüsum tətbiq edilib. Digər Çin istehsalçısı “Trina Solar” Tailanddan ixraca 375% və Vyetnamdan ixraca təxminən 200% tariflərə məruz qalıb. Vyetnamdan olan “JA Solar” modulları təxminən 120% rüsumla üzləşiblər.

- ABŞ-nin bu qərarı gözləniləndiyindən Çinin günəş paneli istehsalçılarının səhmləri aprelin 22-də ticarət meydançalarında yalnız bir qədər ucuzlaşıb və şirkətlər istehsalın bir hissəsini tariflər siyahısında yer almayan İndoneziya və Laos kimi ölkələrə köçürüblər”, - “Bloomberg” agentliyi yazır.

Agentliyin qiymətləndirməsinə əsasən, ABŞ 2024-cü ildə Malayziya, Kamboca, Tailand və Vyetnamdan 12,9 milyard dollar dəyərində günəş avadanlığı idxal edib. Bu, günəş panelləri idxalının ümumi həcminin təxminən 77%-nə bərabərdir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   tariflər   fanatastika  





Xəbər lenti