![]() |
Ermənistanda etiraz edən məhbus dilini kəsib |
Əraziyə çağırılan tibb işçiləri onun intihardan ölməsini təsdiqləyiblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Ermənistanda son illərdə xeyli sayda məhbus intihar edib. Bundan başqa, kolonyalarda etirazlar halları da xeyli artıb.Neqativ hallara və etirazlara görə Vanadzor həbsxanası ölkədə ad çıxarıb. Ötən ilin fevralında həmin cəzaçəkmə müəssisəsində onlarla məhbus aclıq aksiyası keçirmişdi. "Mamul" nəşrinin məlumatına görə, 3 nəfər özünə xəsarət yetirib. Onlardan biri ülgüclə əlini doğrayıb, digərləri dəmir üzük udubmuş: "Bu etirazın əsas səbəbi, kolonyada iməclik işləri aparılan zamanı qadağan olunmuş əşyaların aşkarlanması olub. Bundan başqa, ötən gün məlum olub ki, həmin cəzaçəkmə müəssisəsində məhkum başqa kolonyaya köçürülməsini tələb edərək ağzını tikib. Bundan başqa, bir nəfər də ağzını tikib. O, barəsində açılmış cinayət işi üzrə istintaqdan şikayət edib".
Tural Tağıyev
AzVision.az