“Üç avropalı diplomat Rubionun şərhlərinin ilk növbədə ukraynalılara yönəldiyini bildirib. Ukrayna hökumətinə yaxın mənbə də Rubionun sözlərinin Ukraynaya təzyiq etmək məqsədi daşıdığını söyləyib. O, həmçinin Trampın danışıqlardan çıxmasının ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılmasına səbəb ola biləcəyindən narahatlığını açıqlayıb”, - portal yazır.
![]() |
Rubio: “ABŞ Ukrayna üzrə danışıqlardan çıxa bilər” |
- Təəssürat belədir ki, Tramp Rubioya və ABŞ prezidentinin Xüsusi nümayəndəsi Stiven Uitkoffa böyük təzyiq göstərir və onlar da bunu başqa oyunçulara yönləndirirlər”, - avropalı diplomatlardan biri vurğulayıb.
Xatırladaq ki, Marko Rubio daha əvvəl Rusiya və Ukrayna arasında razılaşmanın əldə oluna biləcəyinə dair heç bir əlamət görmədiyi təqdirdə Donald Trampın vasitəçilik cəhdlərindən geri çəkməyə hazır olduğunu deyib. ABŞ Dövlət departamentinin sözçüsü Temmi Bryus öz şefinin NATO-nun baş katibi Mark Rütte ilə görüşdə bu məqamı bir daha vurğuladığını bildirib.
ABŞ prezidenti Donald Trampın özü də tərəflərdən birinin razılaşmalara mane olacağı təqdirdə, Vaşinqtonun danışıqlardan çıxa biləcəyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az