Məşhur imamın evini yandırmaq istədilər

Qeyd edilib ki, hadisə axşam saat 22 radələrində yerli məsciddən təxminən 190 metr aralıda, Türküstanskaya küçəsində baş verib. Mənbənin sözlərinə görə, naməlum şəxs imamın evə qayıtmasını gözləyib. Evdə işıq sönəndən, hamı yatandan sonra pəncərəyə "molotov kokteyli" atılıb.
Xoşbəxtlikdən yanğın qısa zamanda söndürülüb və tələfat olmayıb. İmam Bikmayev bu təhlükəli insidentdən sonra özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, o, bundan əvvəl də medianın gündəminə gəlmişdi. İmam ötən ilin iyununda Rostovda istintaq təcridxanası ələ keçirilən zaman terrorçularla danışıqlarda iştirak edib.
Tural Tağıyev
AzVision.az