![]() |
Ukrayna PUA-ları bir gecədə 30-a yaxın binanı yararsız hala salıb |
Xatırladaq ki, dünən Rusiya Müdafiə Nazirliyi Telegram kanalında Kursk vilayətində 109 Ukrayna pilotsuz təyyarəsinin vurulması barədə məlumat yaymışdı. Kütləvi PUA hücumunun hədəflərindən biri də vilayətin inzibati mərkəzi olub. Burada 9 nəfər yaralanıb. 85 yaşlı qadını isə xilas etmək mümkün olmayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az