Mərkəzi Asiya ölkələrinin vahid media platforması yaradılacaq

   Mərkəzi Asiya ölkələrinin vahid media platforması yaradılacaq
  16 Aprel 2025    Oxunub:676
Mərkəzi Asiya ölkələri ortaq telekanal və vahid media platforması yaradacaq.
Bu barədə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Astanada keçirilən II Mərkəzi Asiya Media Forumunda məlumat verib. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nazir bildirib: “Qardaş ölkələrimiz arasında əlaqələr dövlətlərimizin başçılarının fəal və sıx qarşılıqlı fəaliyyəti sayəsində çox yüksək səviyyədədir. Bizim vəzifəmiz isə bu impulsdan istifadə edərək rəhbərlik etdiyimiz sahədə əməkdaşlığı dərinləşdirməkdir”.

O xatırladıb ki, informasiya qarşılıqlı fəaliyyətinin fəallaşması məsələsi regional liderlər səviyyəsində dəfələrlə qaldırılıb. Xüsusilə, keçən il Astanada keçirilən Məşvərət Görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrin hökumətlərinə birgə media məhsullarının hazırlanmasına başlamağı təklif etmişdi.

A.Balayeva vurğulayıb: “Qazaxıstan ortaq Mərkəzi Asiya televiziya kanalının yaradılması və regionun potensialı, bu ərazidə yaşayan xalqların dostluğu və birliyi haqqında məlumat verəcək televiziya layihələrinin, habelə xalqlarımızın tarixi və kimliyinə dair maarifləndirici televiziya və radio proqramlarının hazırlanması ideyasını dəstəkləyib”. Nazir bildirib ki, hazırda Mərkəzi Asiya ölkələri regionda informasiya əməkdaşlığının gücləndirilməsinə yönəlmiş birgə televiziya kanalı və regional media platformasının yaradılması imkanlarını nəzərdən keçirir.

Bundan başqa, Qazaxıstan Mərkəzi Asiya jurnalist mükafatının təsis edilməsi təklifi ilə çıxış edib.

AzVision.az



Teqlər:





Xəbər lenti