“İsrailin özünümüdafiə hüququ var, lakin son hadisələr bütün sərhədlərin aşıldığını açıq şəkildə nümayiş etdirdi. İnsan itkiləri çox böyükdür. İsrailin təhlükəsizliyi fələstinlilərin hüquqlarına hörmət edilmədən təmin oluna bilməz, bu səbəbdən Aİ iki dövlətli həll düsturunu dəstəkləyir”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
![]() |
İsrail Qəzzanın cənubunda əməliyyata başlayıb |
İsrailin baş nazir Binyamin Netanyahunun ofisi bunu Fələstinin “HƏMAS” hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin Xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə əsaslandıraraq, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib.
HƏMAS, öz növbəsində, yenidən qızışan döyüşlərə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.
Sahil İsgəndərov
AzVision.az