Finlandiya təhlükəli ölkələrdən gələnlərə ev almasına icazə verməyəcək

   Finlandiya təhlükəli ölkələrdən gələnlərə ev almasına icazə verməyəcək
  16 Aprel 2025    Oxunub:395
Aprelin 11-də Finlandiya parlamenti təcavüzkar müharibə aparan və milli təhlükəsizliyə təhlükə yaradan dövlətlərdən gələn əcnəbilərin ölkədə daşınmaz əmlak almasına mane olacaq qanunu təsdiqləyib.
Bu barədə hüquq müdafiəçisi, Aleksandrovski Cəmiyyətinin sədr müavini Aleksey Bulavtsevə istinadən “İzvestiya” qəzeti yazıb. Məhdudiyyətlərin ilk növbədə Rusiya vətəndaşlarına aid olacağı gözlənilir. Belə ki, onlara daşınmaz əmlakla bağlı əməliyyatlar üçün icazə verilmir.

Qanun həmçinin Finlandiyada daimi yaşamayan əcnəbilər üçün torpaq və evlərin alınmasına tam qadağa qoyulmasını nəzərdə tutur. İkili vətəndaşlığı olan vətəndaşlar, habelə yaşayış icazəsi olan əcnəbilərdən daşınmaz əmlak almaq üçün xüsusi icazə tələb olunacaq. Yeni qaydalar ölkədə yaşayan 20 minə yaxın rusa təsir edə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti