Daha bir ölkə `Eurovision`da iştirakdan imtina etdi

Daha bir ölkə `Eurovision`da iştirakdan imtina etdi
  30 İyul 2014    Oxunub:1054
`Eurovision 2015` Mahnı Müsabiqəsindən iki ölkə imtina etdiyini açıqladı.
Avstriyada keçiriləcək “Eurovision 2015” Mahnı Müsabiqəsinin iki ölkə imtina edib. AzVision.az esctoday-ə istinadən xəbər verir ki, Çexiya 2015-ci ildə keçiriləcək müsabiqədə iştirak etməyəcək.

Ötən gün isə cırtdan ölkə olan Lixtenşteyn müsabiqədə iştirak etməyəcəyini bildirmişdi.

Qeyd edək ki, bu günə qədər 18 ölkə müsabiqədə iştirakını təsdiq etmişdi. Həmin ölkələr - Portuqaliya, Yunanıstan, Makedoniya, Avstriya, Kipr, Malta, İsveçrə, İsveç, İslandiya, Norveç, Danimarka, İrlandiya, Almaniya, Finlandiya, Hollandiya, Litva, Belçika və Estoniya. Çernoqoriya və Belarusdur.

Bildirək ki, Eurovision 2015” Mahnı Müsabiqəsi mayın 19, 21 və 23-də keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti