Tacikistanda zəlzələdən sonra onlarla ev dağılıb

Qeyd olunub ki, ilkin məlumatlara görə, Raşt rayonunun beş kəndində 40 yaşayış evi tamamilə dağılıb, 5 yaşayış evi, 3 çayxana və məktəbin 1 yardımçı tikilisi qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarı altında qalaraq ölüb.
“Ümumilikdə Tacikabad rayonunda ilkin məlumatlara görə, 54 yaşayış evi tamamilə dağılıb, 45 ev qismən zərər görüb, 61 yaşayış evi və 2 orta təhsil müəssisəsi binası yüngül zədələr alıb, 196 yardımçı tikili tamamilə zərər görüb, 3 çayxana və 1 tibb müəssisəsi qismən zərər görüb”, – qurumdan əlavə ediblər.
AzVision.az
Teqlər: