İsrail Ordusu Qəzzada əməliyyatları bərpa edib

İsrail Ordusu Qəzzada əməliyyatları bərpa edib
  12 Aprel 2025    Oxunub:661
İsrail Ordusu Qəzza zolağında əməliyyatları genişləndirir.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hazırda ölkənin quru qüvvələri Qəzzanın Dərac Tuffa bölgəsində əlavə reydlərə başlayır.

"Əməliyyatın məqsədi ərazidə təhlükəsizlik nəzarətini və zonasını genişləndirməkdir. Hazırda qoşunlar onlarla terrorçunu məhv edib, onların infrastrukturunu və müşahidə məntəqələrini dağıdıb", - məlumatda deyilir.

Əməliyyat zamanı İsrail hərbçiləri müəyyən marşrutlar üzrə mülki əhalinin döyüş bölgəsindən təxliyəsini təmin edir.

AzVision.az



Teqlər:





Xəbər lenti