"Aprelin 10-da Əbu-Dabi Beynəlxalq Hava Limanında Rusiya vətəndaşı Artur Petrov Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vasitəçiliyi ilə vətənə qaytarılıb. Petrov ABŞ vətəndaşı Kseniya Karelina ilə dəyişdirilib. O da Rusiya vətəndaşıdır və vətənə xəyanətdə təqsirli bilinərək ümumi rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildəprezidentin fərmanı ilə əfv olunub”, - FSB-nin açıqlamasında yazılıb.
FSB-nin yaydığı videoda həmçinin Birləşmiş Ərəb Əmirliklərinin hava limanında baş verən mübadilə, eləcə də Karelinanın Rusiya təyyarəsinə aparılması əks olunub.
"İnterfaks"ın məlumatına görə, Petrov təyyarədə olarkən şikayətlərinin olmadığını, lakin uzun uçuşdan sonra özünü çox yorğun hiss etdiyini bildirib.
Tural Tağıyev
AzVision.az