“Google” Novruzla bağlı dudl hazırlayıb

   “Google” Novruzla bağlı dudl hazırlayıb
  20 Mart 2025    Oxunub:584
ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Novruz Bayramı münasibətilə dudl hazırlayıb.
“2025 Norvuz bayramı” adlı dudlda bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub.

Dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Qeyd edək ki, du gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir. Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.


AzVision.az


Teqlər:





Xəbər lenti