Direktorla bağlı araşdırma aparılır

   Direktorla bağlı araşdırma aparılır
  06 Mart 2025    Oxunub:492
Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd olunub ki, bu gün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və BŞTİ-nin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti