Azərbaycan filmi Venesiya festivalında

Azərbaycan filmi Venesiya festivalında
  25 İyul 2014    Oxunub:1228
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-nadək keçiriləcək 71-ci Beynəlxalq Venesiya kinofestivalında nümayiş olunacaq.
Filmin ssenari müəllifləri İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Əbdülrəhim Bəşəratdir. Baş rolu İrandan dəvət olunmuş məşhur aktrisa Fatimə Motomedareya ifa edir. Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha göz önündə canlandırır.

"Nabat" festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan "Horizontlar" proqramında iştirak edəcək. Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir. Festivalda yarışan 17 ekran əsəri arasında dünya şöhrətli İran rejissoru Mohsün Malmalbafın "Prezident" filmi də var. Festival meksikalı rejissor Alexandro Qonsales İnyarittunun "Berdmen" tragikomediyası ilə açılacaq.




Teqlər:





Xəbər lenti