Küləyin saatda 33 min kilometr sürətlə əsdiyi nəhəng planet aşkarlanıb

“Alimlər “WASP-127b” planetinin müşahidəsi üçün Çilidəki böyük teleskopdan istifadə ediblər. Planet Yupiterdən bir qədər böyükdür, Yerdən 500 işıq ilindən çox uzaqdadır və məlum olan ən az sıxlığa malik planetlərdən biridir. Tədqiqatda su və dəm qazından ibarət küləklərin planetin ekvatoru boyunca saniyədə təxminən 9 km sürətlə hərəkət etdiyi bildirilir”, - “Astronomy & Astrophysics” jurnalında dərc olunan materialda deyilir.
Müqayisə üçün qeyd edək ki, Günəş sisteminə daxil olan Neptun planetində müşahidə edilən küləklərin sürəti bu sistemdə indiyədək qədər qeydə alınan ən sürətli küləklər kimi cəmi 0,5 km/s-ə (1800 km/saat) çatır.
Bu küləyin içindəki temperatur hava planetin daima ulduzu ilə üzbəüz olan isti tərəfindən daim qaranlıq olan soyuq tərəfinə keçdikcə bir neçə saat ərzində yüzlərlə dərəcə dəyişir. “WASP-127b” planetində qeydə alınan küləyin daxilindəki temperatur bir neçə saat ərzində yüz dərəcələrlə dəyişir. Bu, havanın planetin daimi ulduzu ilə üzbəüz olan isti tərəfindən daim qaranlıq olan soyuq tərəfinə keçməsi ilə bağlıdır.
Sahil İsgəndərov
AzVision.az