Hamını qorxudan asteroid Yerlə toqquşmayacaq - "ESA"

   Hamını qorxudan asteroid Yerlə toqquşmayacaq    - "ESA"
  26 Fevral 2025    Oxunub:372
"2024 YR4" asteroidinin 2032-ci ildə Yerlə toqquşması ehtimalı 0,001%-ə qədər azalıb.
Bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.

NASA: Asteroidin Yerlə toqquşması ehtimalı 3,1% artdı
Qeyd edilib ki, fərqli ölkələrdən olan astronomlar son aylarda aktiv müşahidələrini davam etdirdilər. Onlar təhlükəli göy cisminin gələcəkdə mümkün təsir sahəsini daralacağını proqnozlaşdırdılar. Hər yeni ölçü və araşdırma ilə toqquşma ehtimalı da azaldı və indi praktiki olaraq belə bir təhlükə istisna edilir.

Bundan əvvəl NASA-nın yaydığı məlumatda qeyd edilirdi ki, hər kəsi qorxuya salan məlum asteroidin Yerlə toqquşma ehtimalı 1,5%-ə enib.

Hətta əgər hər hansı bir asteroid planetimizi təhdid etsə belə, bəşəriyyət artıq bununla bağlı ilk qoruyucu tədbirlərini hazırlayıb. Söhbət 2022-ci ildə NASA-nın DART missiyası zamanı xüsusiaparatın asteroidə çırpılaraq onun trayektoriyasını uğurla dəyişməsindən gedir. Bu, potensial təhlükəli obyektlərin hərəkətini dəyişə biləcəyimizi sübut edir.

Xatırladaq ki, "2024 YR4" asteroidi 2024-cü ilin dekabrında kəşf edilib. Onun ölçüləri 40-90 metr aralığında qiymətləndirilir ki, bu da asteroidin bütöv bir şəhəri məhv edəcək gücə malik olduğunu göstərir. İlkin hesablamalar onun 2032-ci il dekabrın 22-də Yerlə toqquşa biləcəyini göstərmişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Asteroid   NASA   ESA   Yer   Toqquşma  





Xəbər lenti