Əməkdaşlığa əsasən “AWE Consulting”in dəstəyi ilə nəşr ediləcək 'Essentials of Modern Marketing, Azerbaijan Edition' (Müasir Marketinqin əsasları, Azərbaycan nəşri) kitabında, Azərkosmosa aid praktiki nümunə (case study) dərc olunacaq.
Kitab dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin 100 ölkəni əhatə edən qlobal təşəbbüsünün bir hissəsidir. Layihədə təqdim olunan kitab silsiləsi hər bir ölkəyə özəl yanaşma ilə hazırlanaraq yerli bizneslərin uğurlarını qlobal marketinq prinsipləri ilə birləşdirir. Azərbaycan nəşri ölkəmizin biznes mühitini beynəlxalq səviyyədə tanıtmağa, o cümlədən yerli marketinq mütəxəssislərinə qlobal təcrübədən yararlanmaq imkanı verəcək.
-1740488438.jpg)
Bu addım regionda kosmik sənayənin Azərbaycanın kosmik sahədə əldə etdiyi real təcrübələr üzərindən öyrənilməsinə təkan verəcək və ölkəmizin kosmik sahənin inkişafına verdiyi töhfəni beynəlxalq səviyyədə ön plana çıxaracaq.
Tərəflər bu sazişin gələcəkdə elmi araşdırmaların genişləndirilməsində və beynəlxalq əməkdaşlıqların qurulmasında mühüm rol oynayacığını vurğulayıblar.