Yerin nüvəsi hərəkətini dayandıra bilər

   Yerin nüvəsi hərəkətini dayandıra bilər
  18 Fevral 2025    Oxunub:708
Alimlər Yer kürəsinin daxili nüvəsinin daha yavaş fırlandığını və 2040-cı ilə qədər onun hərəkətinin tam dayana biləcəyini iddia ediblər.
AzVision.az xəbər verir ki, ABŞ-nin Yuta, Cənubi Kaliforniya, Kornell Universitetlərinin və Çinin Elmlər Akademiyasının “Nature” jurnalında dərc olunan məqaləsində təkrarlanan zəlzələlərdən seysmik dalğaların müvəqqəti dəyişkənliyinin aşkar edilməsindən bəri Yerin daxili nüvəsinin fırlanma sürətinin uzun illər ərzində dəyişdiyi bildirilir.

“Hazırda planetin daxili nüvəsi yavaş-yavaş və yer səthinin fırlanmasına nisbətən əks istiqamətdə hərəkət edir. 2040-cı ilə qədər onun tamamilə dayanacağı, lakin sonradan, ehtimal ki, Yerin özü ilə eyni istiqamətdə fırlanmağa davam edəcəyi gözlənilir”, - jurnalda dərc olunan məqalıdı deyilir.

Xatırladaq ki, Yerin daxili nüvəsi planetin maqnit sahəsinin formalaşmasında mühüm rol oynayır. Bərk olan nüvə əsasən dəmir və nikeldən ibarətdir. O, planetin səthinin qalan hissəsindən maye şəklindəki xarici nüvə ilə ayrılır və bu, Yerin qalan hissəsindən fərqli olaraq fırlanmağa imkan verir. Xarici nüvə isə öz növbəsində yer qabığından mantiya ilə ayrılır.

Daxili nüvənin hərəkəti və dayanması ilə bağlı dəqiq məlumat yoxdur: məsələn, 2023-cü ilin yanvarında “Nature” jurnalı Pekin Universitetinin alimlərinin 1960-cı illərdən bəri təkrarlanan zəlzələlər nəticəsində yaranan seysmik dalğaların trayektoriyalarını göstərən tədqiqatını dərc edib.


Tədqiqatçılar belə qənaətə gəliblər ki, 2009-2020-ci illər arasında daxili nüvənin fırlanması dayanıb və ola bilər ki, onun hərəkət istiqaməti dəyişib. Onlar müşahidə nəticələrinin Yerin maqnit sahəsində və günün uzunluğundakı dəyişikliklərlə üst-üstə düşdüyünü vurğulayıblar.
Alimlərin həmçinin irəli sürdükləri fərziyyəyə görə, Yerin bərk nüvəsi təxminən hər 35 ildən bir dayanıb fırlanma istiqamətini dəyişə bilər və bütün dövriyyə təxminən 70 il təşkil edir. Onların seysmik məlumatların təhlili və nüvə fırlanmasının əvvəlki bağlanması və geri çevrilməsi 1970-ci illərin əvvəllərində baş verib.

Həmin vaxt rəyi soruşulan ekspertlər çinli alimlərin təsvir etdiyi hadisələrin indi Yer səthindəki insanlar üçün hər hansı əhəmiyyətli nəticələrə gətirib çıxara bilməsi ehtimalının az olduğunu bildirmişdilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Yer   nüvə   hərəkət  





Xəbər lenti