“Lakin sərvətlərlə zəngin olan bu region digər ölkələr üçün getdikcə daha cəlbedici olur. Rusiya regionda hərbi-iqtisadi mövcudluğunu genişləndirir və dənizin dibində yerləşən resurslara əsassız iddialar irəli sürür. Bundan əlavə, Arktika dövləti olmayan Çin regionda mövcudluğunu gücləndirməyə və təsirini artırmağa çalışır”, - amerikalı kontr-admiral deyib.
Kovalçuk: “Əsas hədəf Arktikadır” |
Qeyd edək ki, əvvəllər Qərb mətbuatı ABŞ-nin və onun müttəfiqlərinin buzqıran donanmanın inkişafı sahəsində Rusiyadan xeyli geri qaldıqlarına diqqət şəkirdi. Sanksiyalara rəğmən, Rusiya daim yeni buzqıran gəmiləri işə saldığı halda, ABŞ-də yalnız imkanları məhdud olan bir neçə beıə gəmi var.
Yaxın bir neçə ildə üç Amerika buzqıran gəmisinin suya salınacağı gözlənilsə də, bəzi ekspertlər bu planların həyata keçirilməsi müddətinin uzadıla biləcəyini istisna etmirlər.
Xatırladaq ki, iki gün əvvəl Rusiyanın “Kurçatov İnstitutu” Milli Tədqiqatlar Mərkəzinin prezidenti Mixail Kovalçuk Arktikanı gələcəyin sınaq meydamı kimi qiymətləndirib.
Sahil İsgəndərov
AzVision.az