İndoneziyada Marapi vulkanı yenidən püskürüb
Yerli səlahiyyətlilər vulkanın püskürməsinin təhlükə yaratdığını bildirir və ətraf ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmağı tövsiyə edirlər. Marapi vulkanının aktivləşməsi ilə əlaqədar ərazidə müşahidə və təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, 2024-cü ilin may ayında İndoneziyada Marapi vulkanının püskürməsi nəticəsində yığılan daş, kül və torpaq musson yağışları ilə birlikdə sürüşərək güclü daşqınlara səbəb olmuşdu. Nəticədə, 67 nəfər həyatını itirmişdi.
AzVision.az
Teqlər: