"Apple" yeni "iPad"in gücünü qəsdən azaldıb"

"Apple" yeni "iPad"in gücünü qəsdən azaldıb"
  22 Oktyabr 2024    Oxunub:1705
Oktyabrın 15-də ABŞ-nin "Apple" şirkətinin təqdim etdiyi yeni "iPad mini 7"nin prossesoru ("A17 Pro") "iPhone 15 Pro" və "15 Pro Max" smartfonları eyni çipə malik olsa da, mütəxəssislər bu çiplərin bir-birindən fərqləndiyini müəyyənləşdiriblər.
"PhoneArena"nın məlumatına görə, "A17 Pro" smartfonunda 6 əsas nüvə, 16 nüvəli neyron prosessor və 6 nüvəli GPU (qrafik prossesor) var, "iPad mini" planşeti isə daha aşağı gücə - 5 nüvəli GPU-ya malikdir.

"Apple" bu planşetləri ötən istehsaldan qalan, yəni qüsurlu, yaxud istehsaldan kənarlaşdırılan çiplərlə təchiz edib. Şirkət bu addımla planşet istehsalına qənaət etmək məqsədi güdür", - mütəxəssislər bildirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Apple   planşet  





Xəbər lenti