Zukerberqin sürdüyü avtomobil elə də baha deyilmiş...

 Zukerberqin sürdüyü avtomobil elə də baha deyilmiş...
  07 Oktyabr 2024    Oxunub:1765
Amerikalı milyarder, “Meta”nın rəhbəri Mark Zukerberq gündəlik idarə etdiyi avtomobilin markasını açıqlayıb.
Zukerberq bu yaxınlarda “Instagram”da avtomobilini dayanacaqda tapmaq üçün Ray-Ban Meta smart eynəklərindən istifadə edərək çəkdiyi videonu yayımlayıb. Şərhlər bölməsində abunəçilərdən biri ona hər gün hansı avtomili idarə etməsilə bağlı sual ünvanlayıb. O isə cavabında:“Əsasən son vaxtlar Cadillac CT5-V Blackwing, lakin bəzən başqalarını”,- deyib.

2022-ci ildən istehsal edilən Cadillac CT5-V Blackwing 677 at gücünə malik 6,2 litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilib və qiyməti 95 000 dollardır . Avtomobil BMV M5 və Mercedes-AMG E63 kimi rəqib olmaq üçün hazırlanmış ən güclü “Cadillac”lardan biridir.



Güc aqreqatı on pilləli avtomatik transmissiya və ya Tremec firmasının altı pilləli mexaniki ötürmələr qutusu ilə birləşdirilir. Ötürmə - yalnız arxa təkərlərədir. Precision Package paketinə əlavə ödəniş ilə karbon-keramika əyləcləri daxildir.



Opsional təkmilləşdirmələr dəsti Precision Package adlanır və o, supersedanın idarəetmə xüsusiyyətlərini ciddi şəkildə yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Avtomobildə daha sərt yaylara və yenidən sazlanmış adaptiv Magnetic Ride amortizatorlarına əlavə olaraq, güclü ön köndələn dayanaqlılıq stabilizatoru mövcuddur.

AzVision.az



Teqlər:





Xəbər lenti