Jurnalistlər xəstəxanada

Jurnalistlər xəstəxanada
  10 İyul 2014    Oxunub:1319
Ölkənin bir sıra aparıcı KİV nümayəndələri Bakı Sağlamlıq Mərkəzində olublar.

AzVision.az xəbər verir ki, jurnalistlər tibb müəssisəsi ilə yaxından tanış olub, əhaliyə göstərilən xidmətlərlə maraqlanıblar.

Bildirilib ki, yüksək tibbi avadanlıq və həkim personajı ilə təmin edilən tibb müəssisəsi fəaliyyətə başladığı gündən burada pulsuz tibbi xidmət göstərilir.

Məkrəzin direktoru Tərlan Bəbirov jurnalistlərə açıqlamasında deyib ki, Bakıda ən müasir tibbi avadanlıqların olduğu tibb müəssisəsi olduğu halda əhali xaricə üz tutur:

“Bakı Sağlamlıq Mərkəzində dünyanın ən məşhur tibb müəssisələrindəki avadanlıqlar və həkim personalı var. Burada əhaliyə tam pulsuz tibbi xidmət göstərilir. Bakı Sağlamlıq Mərkəzində vətəndaşları yüksək və pulsuz tibbi xidmət gözləyir”.

Daha sonra jurnalistlər mərkəzin ayrı-ayrı şöbələri və buradakı avadanlıqlarla tanış olublar. BSM-nin direktoru Tərlan Qədirov jurnalistlərə mərkəz barədə məlumat verib. Qeyd edib ki, əvvəllər bu ərazidə onkoloji dispanser yerləşib, amma 2011- ci ilə həmin dispanser sökülərək yerində BSM-nin təməli qoyulub: “Xəstəxana 550 çarpayılıqdır. Mərkəz, 12, 5 , 6 mərtəbəli binalardan ibarətdir. Altı mərtəbəli binada əsasən əməliyyatxanalar, cərrahiyə, reanimasiya, qəbul, şüa diaqnostika şöbələri yerləşir. İnzibati yəni beş mərtəbəli korpusda endokrinalogiya, lor, nevralogiya, terapiya şöbələri fəaliyyət göstərir. 12 mərtəbəli blokda əsasən doğum şöbəsi yerləşir”.
Direktorun sözlərinə görə, xəstələrə gündə üç dəfə, endokrinoloji xəstələrə isə dörd dəfə yemək verilir.

“Yeməklər 1 nömrəli xəstəxanadan mərkəzləşdirlimiş qaydada gəlir. Xəstəxanaya kənardan qida məhsullarının gətirilməsi, siqaret çəkmək, pəncərələri açmaq qadağandır. Burada uzi, emerte, kompyuter tomoqrafiya aparatları var. Xəstələr iki nəfərlik palatalarda yerləşdirilir. Palatalarda çağırış sistemi, hər otağın ayrıca hamam tualeti var”.

T.Quliyev onu da vurğulayıb ki, Bakı Sağlamlıq Mərkəzi dövlət xəstəxanasıdır və xidmətlər pulsuzdur: “Mərkəz açılandan bu günə kimi ən çox xəstələr endokrinoloji və nevraloji şöbəyə müraciət edirlər. Xəstəxanada müasir avadanlıqlarla işləyə 6-ya yaxın həkim-mütəxəssis var. Şəkərli diabet, lor xəstələrini isə bura kənar rayonlardan göndərə bilərlər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti