Qoruqdakı yanğının səbəbi açıqlandı

Qoruqdakı yanğının səbəbi açıqlandı
  10 İyul 2014    Oxunub:1375
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Türyançay Dövlət Təbiət Qoruğunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 9 iyul 2014-cü il tarixində Türyançay Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib.
Qoruğun 17-18-ci dolaylarının kəsişdiyi yerdə saat 15:00-da naməlum səbəblərdən başlayan yanğın saat 19:30 radələrində tam lokallaşdırılıb.

Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə söndürülüb.Yanğin nəticəsində Qoruğun 5-6 hektar ərazisində quru ot və kol örtüyünə ziyan dəyib.

Həmçinin, 9 iyul 2014-cü il tarixində saat 16:30-da Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 23 saylı dolayının ərazisində də daha bir yanğın hadisəsi baş verib. Naməlum səbəblərdən baş verən yanğının qarşısının alınmasına Milli Parkın və FHN-in Lənkəran rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 19 radələrində tam olaraq söndürülüb. Yanğın nəticəsində Milli Parkın 20 sot ərazisində qoru ot örtüyü və böyürtkən kollarına ziyan dəyib.

Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.


Teqlər:





Xəbər lenti