Şəmkirdə ölüm-qalım mübarizəsi

Şəmkirdə ölüm-qalım mübarizəsi
  10 İyul 2014    Oxunub:896
Şəmkir rayonunda intihara cəhd hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şəmkir rayonu Kür qəsəbəsi 1 nəfərin mobil rabitə qovşağının qülləsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə əraziyə toplaşmış insanları uzaqlaşdırıb və mobil rabitə qovşağının qülləsinə çıxaraq intihar etmək istəyən şəxslə müvafiq söhbətlər aparıblar. Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılıb və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar cəhdinin qarşısı alınıb.

Xilas olunmuş şəxs aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:59-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti