“Onu unutmayın” – Vaqif Arzumanlının həyat yoldaşı

“Onu unutmayın” – Vaqif Arzumanlının həyat yoldaşı
  09 İyul 2014    Oxunub:1247
Professor Vaqif Arzumanlı ürək çatışmazlığından dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə onun xanımı Cəmalə Arzumanlı məlumat verib. O bildirib ki, professor Nabranda vəfat edib və ata yurdu Xudatda dəfn olunacaq:

“İki il idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Nabrana gəlmişdi, orada vəfat etdi. Dəqiq nə vaxt dəfn olunacağı məlum deyil, amma ata yurdu Xudatda torpağa tapşırılacaq”.

Həyat yoldaşı mətbuata çağırış edərək bu məsələni diqqətdə saxlamağı xahiş edib.

V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləyib. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviri kimi çalışıb.

Bir çox kitab və monoqrafiyanın müəllifi olan professor bu gün, 67 yaşında dünyasını dəyişib.


Allah rəhmət eləsin!

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti