Ucarda dəhşətli qəza: 2 nəfər yanaraq öldü

Ucarda dəhşətli qəza: 2 nəfər yanaraq öldü
  09 İyul 2014    Oxunub:797
Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

Bakı-Qazax yolunda tıxac yaranıb.


Teqlər:





Xəbər lenti