“Curiosity” Marsda həyat üçün vacib element tapıb

“Curiosity” Marsda həyat üçün vacib element tapıb
  19 İyul 2024    Oxunub:1315
Marsda tədqiqatlar aparan “Curiosity” aparatı Yerə maraqlı məlumat göndərib.
AzVision.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Qeyd edilir ki, aparat Mars səthində kükürdün elementar formasını aşkar edib.

Məsələyə münasibət bildiriən NASA alimi Aşvin Vasavada deyib ki, “Saf kükürddən ibarət qaya sahəsi tapmaq səhrada vahə tapmağa bərabərdir. Bu elementin orada olması təəccüb doğurur. Ona görə də bunun səbəbini axtarıb tapmalı, izah verməliyik”.

Qeyd edək ki, kükürd həyat üçün vacib elemetlərdən biridir. Mürəkkəb formada olan bu element suda digər minerallarla qarışdıqda duz kristalları əmələ gəlir. Su buxarlandıqda, minerallar qarışır və quruyur, geridə isə sulfatlar qalır.

Bu sulfat mineralları bizə Marsın su tarixi və zamanla necə aşınmalara məruz qalması haqqında olan suallarımıza cavab tapmaqda kömək edə bilər.

Qeyd edək ki, Marsda sulfatlar kifayət qədər çox olsa da, ilk dəfədir ki, "qırmızı" planetdə kükürd təmiz, elementar formada tapılır. Alimlərin tədqiqatının növbəti mərhələsi kükürdün ora necə gəldiyini müəyyən etmək olacaq.
Süsən Kərimova
AzVision.az



Teqlər:





Xəbər lenti