3 nəfər ölümdən xilas edildi

3 nəfər ölümdən xilas edildi
  09 İyul 2014    Oxunub:948
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən, təxminən, 600 metr məsafədə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər nazirliyin “Corat” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub. Əməliyyat saat 18:45-də başa çatıb.

Nazirliyə daxil olmuş digər məlumata əsasən, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 300 metr məsafədə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas olunub.

Əməliyyat saat 19:23-də başa çatıb.




Teqlər:





Xəbər lenti