Nazirlik reydlər keçirdi: ciddi nöqsanlar var

  08 İyul 2014    Oxunub : 381
Nazirlik reydlər keçirdi: ciddi nöqsanlar var
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ciddi nöqsanlar aşkar edilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, nöqsanlar aşağıdakı ünvanlarda qeydə alınıb.

Bakının Xəzər rayonunda - Buzovna qəsəbəsində "Buzovna Ticarət Mərkəzi" MMC-yə məxsus "Mirvari" restoranında;

Sumqayıt şəhərində - H.Əliyev prospekti, 20-ci məhəllədə Ələsgər Şahmurova məxsus mağazada;

- Novxanı şosesində Fikrət Əliyevə məxsus mağazada;
- 42-ci məhəllə, 5-2 ünvanında İlham İmanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda Şüvalan qəsəbəsi, M.Müşfiq küçəsi, 6 ünvanında İlham Orucova məxsus mağazada;

Abşeron rayonunda Digah qəsəbəsində Samir Mirzəyevə məxsus mağazada;

Şəki şəhərində M.Rəsulzadə prospekti, 149B ünvanında İlham Həbibullayevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nizami rayonunda Keşlə qəsəbəsi, Kazımov küçəsi, 5 ünvanında Validə Mehdiyevaya məxsus mağazada; E.Süleymanov küçəsi, 2561-67-ci məhəllədə Əli Quliyevə məxsus mağazada;

Xəzər rayonunda Binə qəsəbəsində Bahadır Quliyevə məxsus mağazada; Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 2-ci döngə, 18 ünvanında Şamxal Kərimova məxsus mağazada;

Daşkəsən şəhərində T.İsmayılov küçəsində Tural Hüseynova məxsus mağazada;

Göyçay şəhərində M.Rəsulzadə küçəsi, 209 ünvanında Ehtiram Xəlilova məxsus mağazada;

Qusar şəhərində H.Əliyev prospektində Ağabala Rizvanova məxsus mağazada;

Şamaxı şəhərində N.Nərimanov küçəsində Sarvan Sərxanova məxsus mağazada;

Lənkəran şəhərində Füzuli küçəsində Solmaz Axundova məxsus mağazada

Masallı rayonunda Ərkivan qəsəbəsində Şakir Cavadova məxsus mağazada;

Balakən şəhərində H.Əliyev prospektində Vaqif Bayramova məxsus mağazada;

Ağdam rayonunda Sarıcallı kəndində Surxay Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 230 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Teqlər: