Şəkidə dəhşətli qəza: 3 nəfər öldü

Şəkidə dəhşətli qəza: 3 nəfər öldü
  09 İyul 2014    Oxunub:995
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Baş Layski kəndində (rayon mərkəzindən 15 km aralı) "VAZ" markalı iki minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, deformasiyaya uğramış nəqliyyat vasitələrinin içərisində 1985-ci il təvəllüdlü Abdulrəhmanov Sadiq Akif oğlu, 1984-cü il təvəllüdlü Yusifov Ruslan Mixayil oğlu və 1981-ci il təvəllüdlü Məmmədhəsənov Səxavət Əli oğlunun cəsədləri sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə S.Abdulrəhmanovun, R.Yusifovun, S.Məmmədhəsənovun cəsədlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:39-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti