Saqqal kəsənə cəza - 2 ay həbs

Saqqal kəsənə cəza - 2 ay həbs
  09 İyul 2014    Oxunub:983
Onun vəhhabilərlə ortaya çıxan şəkilləri də böyük şübhələr yaradıb.
Bir neçə gün əvvəl Sabirabadda dini zəmində baş verən hadisə zamanı Cavanşir Zərbəliyevin saqqalını kəsən Rəmzi Zeynalovun həbs olunması barədə xəbər yayılmışdı.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, Rəmzi Zeynalov barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1.2 ( xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Zeynalovun hərəkətləri həm müfaviq qurumlar, həm də ölkə dindarları tərəfindən pislənilib. Yayılan məlumatlara görə R. Zeynalov bu hərəkəti təxribat məqsədi ilə həyata keçirib. Çünki onun vəhhabilərlə ortaya çıxan şəkilləri də böyük şübhələr yaradıb.


Teqlər:  





Xəbər lenti